Али Шамиль

1 подписчик
Отправим уведомление о новых книгах, аудиокнигах, подкастах
Əli Şamil 1948-ci il iyun ayının 5-də Ermənistan SSR-in Basarkeçər rayonunun İnəkdağı kəndində anadan olub. Ailəsi Azərbaycan SSR-in Şamxor (indiki Şəmkir) rayonunun Qapanlı kəndində yaşadığından 1954–57-ci illərdə oradakı yeddi illik məktəbdə, 1957–62-ci illərdə İnəkdağ kənd səkkiz illik məktəbdə, 1962–1963-cü illərdə Böyük Məzrə kənd orta məktəbinin doqquzuncu sinfində, 1963–65-ci illərdə Zod kənd orta məktəbində oxuyub. 1965–1973-ci illərdə Sumqayıt şəhərindəki zavodlarda fəhlə işləmişdir. 1968–73-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində əyani oxumuşdur. Tələbə elmi konfranslarında fəal iştirak etmiş və Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, universitet Tələbə Elmi Cəmiyyəti sədrinin müavini seçilmişdir. 1973-cü ildə təyinatla Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin, Naxçıvan MSSR Nazirlər Sovetinin və Sov.İKP Naxçıvan Vilayət Komitəsinin orqanı olan "Şərq qapısı" qəzetində işləməyə göndərilmişdir. 1973-cü ilin dekabrında jurnalistika fakültəsinin məzunu Əzizə Ağaəli qızı Şamilova (Hüseyinova) ilə ailə qurub. Məqalələri Basarkeçər rayonundakı "Bolluq uğrunda" qəzetində, sonra "Azərbaycan gəncləri", "Azərbaycan müəllimi", "Sovet kəndi", "İnşaatçı", "Jurnalist", eləcə də Zaqatala, Astara, Qusar rayonlarının qəzetlərində çap olunub. "Şərq qapısı" (Sovet Naxçıvanı) qəzetində redaksiyanın tapşırığı ilə məqalələr yazmaqla yanaşı, işlədiyi qəzet üçün hərbi vətənpərvərlik mövzusunda, tarixi mövzularda, SSRİ-nin müttəfiq və muxtar respublikaları haqqında və başqa mövzularda səhifələr hazırlamaqla yanaşı, SSRİ-dəki Muxtar Respublika və Muxtar Vilayətlərlə birbaşa əlaqə yaratmaq və Naxçıvanı tanıtmaq və təbliğ etmək məqsədilə orada nəşr edilən qəzetlərlə səhifə mübadiləsi təşkil etmişdir. "Sovet Naxçıvanı" qəzetində hazırladığı "Elimizin söz boxçası" səhifəsi böyük oxucu marağı qazanmaqla yanaşı, muxtar respublikada folklor nümunələrinin toplanmasına diqqəti artırıb və rayon qəzetləri də xalqdan toplanmış folklor nümunələri nəşr etməyə başlayıb. Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının orqanı "Ağrıdağ" qəzetinin, AXC Naxçıvan Vilayət Təşkilatının orqanı "Varlıq" və "Günay" qəzetlərinin təşkilatçılarından olmuş, 1990–1993-cü illərdə "Azadlıq" qəzetinin Naxçıvan bölgə müxbiri işləmişdir. 1995–2007-ci illərdə Azərbaycan radiosunda "Qonaq eldən gələr", 2010–2013-cü illərdə TRT-nin Türkiyənin səsində "Türk dünyasının məşhurları" verlişini hazırlamışdır. 1993-cü ildə Bakıya köçərək Azərbaycan Ensiklopediyasında "Uşaq ensiklopediyası" qrupuna ("Uşaq ensiklopediyası"nın üçüncü cildi 1999-cu ildə nəşr olunub) və "Türk dünyasının məşhurları" qrupuna rəhbərlik etmişdir. "Türk dünyasının məşhurları" sözlüyünü (Ədalət Tahirzadə ilə birlikdə) çap etdirmişdir. 1998-ci ildən Azərbacan Milli Elmər Akademiyasının Folklor İnstitutunda ilmi işçi, 2007-ci ildən xarici ölkələrlə əlaqələr qrupunun rəhbəri işləmişdir. Təşəbbüsü ilə Folklor İnstitutunda "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" Beynəlxalq Folklor Konfransının, eləcə də 17–18 oktyabr 2009-cu ildə Türkiyənin Bolu şəhərində Abant İzzet Baysal Üniversitesi Bolu Halk Kültürünü Araştırma ve Uygulama Merkezi (BAMER), Azərbaycan Respublikası Milli Elimlər Akademiyası Folklor İnstitutu, Özbəkistan Respublikası Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun birgə keçirdiyi I. Uluslararası Köroğlu, Bolu Tarih və Kültürü simpoziumunun, 1–3 Aralık 2011-ci ildə Quzey Kıbrıs Türk Cümhuriyyətinin Qazimağosa şəhərində AMEA Folklor İnstitutu ilə Doğu Akteniz Universitetinin təşkil etdiyi beynəlxalq sempozyumun, 18–21 aprel 2012-ci ildə AMEA Folklor İnstitutu, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Türkiyənin Ərdahan Universiteti, Qafqaz Universitetlər Birliyi, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi və Valeh Hacılar Uluslararası Elmi-Mədəni Tədqiqat Fondu ilə birgə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası" adlı Beynəlxalq Elmi simpoziumu keçirilmişdir. 2007-ci ildən AMEA Folklor İnstutunda xarici ölkələrlə əlaqələr bölməsinə rəhbərlik edir.

Все книги автора

По сериям
По новизне
По популярности
    Все книги
    Книги Али Шамиль можно читать онлайн на сайте или в приложении Литрес.

    Оставьте отзыв

    Войдите, чтобы оставить отзыв