Tanınmış sifarişçi

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

O da yolunu dəyişdi və həmin məsafəni saxlayaraq xanımın ardınca getdi, onlar hər ikisi döngədən sonra gözdən itdilər.

Mən öz sığınacağımı tərk etmədim. Düz də elədim, çünki tezliklə mən yenə velospiedçini gördüm – o geri qayıdırdı. Malikanənin darvazalarının qabağında o döndü və velosipeddən endi. Hələ bir neçə dəqiqə içində mən onu görə bilirdim: o ağacların altında dayanmışdı və mənə elə gəldi ki, o qalstukunu düzəldir. Sonra o cəld velosipedinə mindi və evə aparan yol ilə hərəkət etdi. Mən qaracöhrələrdən ibarət diri hasara tərəf qaçdım Ağacların arasından Tüdor üslubunda qədim, bozumtul bir ev görə bildim. Lakin alleya sıx kolluqlardan keçdiyinə görə artıq velosipedçini görə bilmirdim.

Hər halda, mənə elə gəlirdi ki, yaxşı iş bacarmışam və yüksək əhvali-ruhiyyədə Farnemə geri qayıtdım. Daşınmaz əmlak üzrə yerli satış nümayəndəsi Çarlinqton-holla bağlı mənə heç bir məlumat verə bilmədi və Pel-meldəki məşhur şirkətə müraciət etməyimi məsləhət gördü. Evə qayıdanbaşı mən ora üz tutdum. Şirkət nümayəndəsi çox nəzakətli biri çıxdı. “Mən Çarlinqton-hollu yay üçün kirayələmək istərdim?" "Xeyr, təəssüf ki, bu mümkün deyil. Artıq gecdir. Evi təxminən bir ay əvvəl kirayə veriblər. Kirayəçinin adı cənab Uilyamsondur. Çox ziyalı, yaşlı bir centlmendir". Mədəni nümayəndə, əfsus ki, mənə bundan artıq məlumat verə bilmədi, çünki, şirkət müştərilərin iş əməliyyatlarını tam məxfi saxlayır.

Axşam Şerlok Holms böyük diqqətlə mənim geniş izahatımı dinlədi, lakin, məni heç də tərifləmədi, etiraf edim ki, mən təriflənməyi çox gözləyirdim. Əksinə, mənim nə etdiyimə və əslində nə etməli olduğuma şərh bildirəndə onun sərt üzü bir az da sərtləşdi.

– Birincisi, əziz Vatson, siz pusqu yerinizi səhv seçmisiniz. Siz, qaracöhrələrin arxasında gizlənməli idiniz, o zaman siz maraq dairəmiz olan üzü daha aydın görə bilərdiniz. Siz ondan neçə yüz yard aralıda olduğunuz üçün, mənə hətta xanım Smitdən də az məlumat verə bilərsiniz. O, ehtimal edir ki, velosipedçi ona tanış deyil; mənsə əksinə, əminəm ki, o onu tanıyır. Əks təqdirdə, o, niyə ondan aralıda dayanmağa çalışsın ki? Siz deyirsiniz ki, o sükana tərəf çox əyilmişdi. Bu da üzünü gizlətmək üçündür! Bir sözlə, siz əla şəkildə fürsəti əldən vermisiniz! Bu velosipedçi evdə gizləndi və siz onun kimliyini öyrənməyə çalışdınız, buna görə də daşınmaz əmlak üzrə londonlu satış nümayəndəsinin yanına getmisiniz!

– Bəs mən nə etməli idim? – artıq əsəbləşməyə başlayaraq soruşdum.

– Nə? Ən yaxın ərazidəki yeməkxanaya – bütün yerli dedi-qoduların mərkəzinə getməli idiniz! Orada sizə evin bütün sakinlərinin – sahibindən tutmuş qabyuyanına qədər hamının adını deyərdilər. Uilyamson! Bu ad mənə heç nə demir. Əgər o yaşlı adamdırsa, bu gənc, güclü idmançı xanımın təqibindən canını qurtaran, gizlənən velosipedçi ola bilməzdi. Sizin səyahətiniz bizə nə verdi? Heç nə, bircə ondan başqa ki, bizim ziyarətçimiz bizə həqiqəti danışıb. Mən isə bundan heç şübhə etmirdim. Necə ki, velosipedçi və Çarlinqton-holl arasında bir əlaqə olduğundan şübhə etmirdim. Bu yer hansısa Uilyamson tərəfindən kirayələnib, bundan hansı nəticə çıxır? Heç nə. Yox, yox, üzülməyin. Gələn şənbəyə qədər biz çox şey edə bilmərik, hələlik isə, mən özüm bəzi araşdırmalar aparacağam.

Səhər biz xanım Smitdən məktub aldıq. Həmin məktubda o, qısa və dəqiq şəkildə gözümlə gördüyüm bütün hadisələri təsvir edirdi. Orada çox vacib təhrif qeyd olunmuşdu:

"Mən ümid edirəm ki, siz indi oxuyacaqlarınızı tamamilə gizli saxlayacaqsınız: mənim müdirim mənə evlilik təklifi etdi və onun evində yaşamağım artıq mənim üçün çətinləşdi.

Əminəm ki, o, dərin və hörmətəlayiq hislə hərəkət edir. Lakin mən başqasıyla nişanlıyam. O mənim imtinamı çox ciddi, lakin nəzakətlə qəbul etdi. Yenə də, siz asanlıqla təsəvvür edə bilərsiniz ki, bu evdəki mühit necə gərginləşdi".

– Deyəsən, bizim cazibədar müştərimiz cəncələ düşüb, – məktubu oxuyan Holms dedi. – Bu işdə maraqlı xüsusiyyətlər və mümkün çətinliklər əvvəl düşündüyümdən daha çoxdur. Məncə, təbiət qoynunda bir gün keçirmək mənə mane olmaz. Bu günün ikinci yarısında gedim və əlimdəki nəzəriyyələri yerindəcə yoxlayım.

Holmsun təbiət qoynunda keçirdiyi gün gözlənilməz şəkildə sona çatdı: o axşam gec,yarılmış dodaq və qançırlı alınla qayıtdı. Onun görkəmi elə idi ki, bütün Skotlend-Yard onun şəxsən özü ilə maraqlanmağa başlaya bilərdi. Gün ərzində onun başına gələn macəralardan, görünür, böyük həzz almışdı və o, onlardan danışaraq ürəkdən gülürdü.

– Mən oturaq həyat tərzi keçirirəm və təmiz havada bir az açılışmaq çox faydalıdır, – o dedi. – Sizə agahdır ki, mən qədim ingilis idman növü olan boksda heç də pis deyiləm. Bu mənim işimə çox yaradı. Yoxsa hər şey çox daha pis quratara bilərdi.

Mən ondan nə baş verdiyini danışmağını xahiş eləməyə başladım.

– Mən həmin yeməkxananı tapdım, – yadınızdadır, mən sizə ondan başlamağı məsləhət görmüşdüm, – və sahibinə bir neçə sual verdim. Çərənçi sahib mənə maraqlı olan hər şeyi danışdı. Aşkar oldu ki, Uilyamsan, Çarlinqton-hollun ağ saqqallı sakini, onun qulluqçusunu saymasaq, tamamilə tək yaşayır. Söz gəzir ki, o əvvəllər keşiş olub. Lakin, onun bu malikanədə yaşadığı qısa müddətdə baş vermiş hadisələr mənə qəribə gəldi və mən kilsə idarətetməsində bir sıra araşdırmalar apardım. Mənə cavab verdilər ki, o, həqiqətən də keşişdir, lakin, ad-sanı heç də xoşagələn deyil. Sahib həm də danışdı ki, bu Uilyamsonun yanına şənbə və bazar günləri çox əyləncəli dəstə gəlir, əsasən də bir centlmen diqqətçəkəndir, kürən saqqallı, Budli adında biri, Çarlinqton-hollda yaşayır. (tez-tez gəlib-gedir) O elə bunu deyən kimi qapı açıldı və cənab Budli içəri daxil oldu, o yan otaqda pivə içirmiş və bizim bütün söhbətimizi eşidib. Həmin dəqiqə mənim üzərimə atıldı. Mən kiməm? Mənə nə lazımdı? Niyə mən onunla maraqlanıram? Və ağzına gələn söyüşlərlə məni təhqir eləməyə başladı. O bütün bunları deməyi qısa oldu, lakin hər şeyi sərt zərbə ilə yekunlaşdırdı. Mən zərbədən qaçınmağa çalışsam da bu o qədər də yaxşı alınmadı. Amma növbəti bir neçə dəqiqə mükəmməl oldu. Budli ikinci dəfə yaxşı nişan ala bilmədi, bu dəfə mən ona sol əlimlə zərbə endirdim. Mənə gəldikdə isə, nəticə göz qabağındadır. Lakin cənab Budlini arabada aparmalı oldular. Mənim gəzintim beləcə sona çatdı; mən etiraf etməliyəm ki, yaşanan bu həzzləri nəzərə almasaq, mənim səyahətimin xeyri də elə sizin səyahətinizinki kimi oldu.

Çərşənbə axşamı müştərimizdən daha bir məktub gəldi.

"Əlbəttə, cənab Holms, yəqin ki, cənab Karrutersin evini tərk etmək qərarım sizi təəccübləndirməz. Araba və atlar, nəhayət, bu gün çatdırıldı və əgər əvvəllər adamsız olan həmin yol təhlükəli idisə, indi heç bir təhlükə qalmadı. Mənim cənab Karrutersin evini tərk etməyimin bir səbəbi onun yanında özümü narahat hiss etməyimdirsə, digər səbəb də haqqında danışdığım həmin iyrənc adamın, Budlinin yenə peyda olmağıdır. Onun hər zaman adamı ondan itələyən bir xarici görkəmi var idi, lakin indi o, həm də vahiməlidir. Ehtimal ki, onun başına bədxah hadisə gəlib; bütün üz-gözü şişib. Mən onu pəncərədən gördüm, xoşbəxtlikdən onunla üzbəüz gəlmədim. O cənab Karruterslə nəsə haqqında uzun uzadı söhbət elədi, bu söhbət cənab Karruters ciddi dərəcədə həyəcanlandırdı. Aydındır ki, Budli yaxınlıqda yaşayır, çünki o evdə gecələmədi və səhər mən onu yenə kolluqların arasından keçəndə gördüm. Əgər bağda hansısa vəhşi heyvan gəzişsəydi, mən həqiqətən daha az qorxmuş olardım. Bu insanın məndə yaratdığı həmin iyrənmə və qorxu hissini ötürmək çox çətindir. Cənab karruters ona bir saniyəlik belə olsa necə dözə bilir? İstənilən halda, mənim bütün narahatlıqlarım bu şənbə günü sona çatır“.

– Ümid edəcəyik, Vatson, ümid edəcəyik. – Holms qəmgin şəkildə dedi. – Aydındır ki, bu gənc xanımın ətrafında çətin intriqanın toru hörülür və bizim işimiz bu şənbə günü ona heç kim heç nə eləməməyini təmin etməkdir. Mən fikirləşirəm ki, Vatson, biz imkan tapıb, şənbə günü sizinlə ikimiz də ora getməliyik, yoxsa bizim bu maraqlı, lakin hələ də sona çatmamış araşdırmamız qəmgin sonluqlu hekayəyə çevrilə bilər.

Etiraf edirəm ki, indiyə qədər mən bu işə çox da ciddi yanaşmırdım. O mənə qəribə, şıltaq görünmüşdü, lakin təhlükəli yox. Bir kişinin xoşagəlimli bir xanımla görüşmək üçün imkan axtarmağında təəccüblü heç nə yox idi. Bunu necə təhlükəli hesab etmək olar? Əgər o xanıma yaxınlaşmaq üçün özündə cəsarət tapa bilmirdisə, xanım ona tərəf hərəkət edəndə o qaçmağı üstün tutmuşdusa, onu necə təhlükəli saymaq olar? Əclaf Budli başqa cür adam idi, lakin həmin ilk və tək hadisədən sonra o xanımı rahat buraxmışdı və təkrar Karrutersin yanına gələndə o heç qızla görüşmədi də. Velosipedçi, şübhəsiz ki, kaberenin sahibinin haqqında danışdığı Çarlinqton-hollun bazar günü qonaqlarından biri idi. Amma onun kimliyi və nəyə nail olmaq istəyi qeyri-müəyyən qalır. Yalnız Holmsu çox qərarlı və ciddi şəkildə cibinə tapança qoyub gedərkən görəndə mən anladım ki, bütün bu anlaşılmaz hadisələrin arxasında faciə gizlənə bilər.

Yağış dayandı və səhər möhtəşəm idi. Londonun açıq və ya tünd boz və sarımtıl boz çalarlarından yorulmuş gözlərimiz çiçəklənən, günəş altında parıldayan naz güllərinin rəngindən ləzzət alırdı. Holmsla biz səhər təravətindən, quşların şən nəğmələrindən və baharın qoxusundan həzz ala-ala enli, qumlu yolla hərəkət edirdik. Yol dağa çıxırdı.

Kruksberi-hillin təpəsindən biz qədim, qəmli və qaranlıq Çarlinqton-hollu gördük. Onun boruları qoca palıdların arasından qabarmışdı və amma bu qoca ağaclar belə əhatəyə aldıqları bu evdən daha cavan idi. Yol qəhvəyi çöllük və yaşıl meşənin vəhdətilə uzanırdı. Holms uzaqda peyda olan qara nöqtəni göstərdi! Araba! O bizə tərəf gəlirdi. Holms narahatlıqla dedi:

– Mən vaxtı elə hesablamışdım ki, bizim əlavə yarım saatımız qalsın! Amma bu onun arabasıdırsa, deməli, o, daha erkən qatara çatmaq üçün tələsir və mən qorxuram ki, Vatson, biz Çarlinqtona çatmamış o oradan ötüb keçəcək. Yol aşağı düşürdü, araba gözdən itdi. Biz irəli atıldıq. Mən təngnəfəs olmağa başladım, budur, oturaq həyat tərzi bu deməkdir! Holms, əksinə, əla formada idi: onun: onu tükənməz əsəb ehtiyatı dəstəkləyirdi.

 

Addımları əvvəlki kimi cəld olaraq qalırdı. Mən yüz yard aralıda o qəfildən dayandı və mən gördüm ki, o necə məyusluqla əlini tərpətdi. Elə həmin andaca döngədən boş araba göründü.

– Gecikdik! – mən ağır nəfəs ala-ala ona çatanda Holms qışqırdı – Necə axmaq olasan ki, bir öncəki qatar haqqında düşünməyəsən! Onlar onu oğurladılar, Vatson, oğurladılar! Bəlkə də öldürdülər! Allah bilir, nə baş verdi! Yolda dayanın, atı saxlayın. Bax belə. Arabaya tələsin! Bəlkə mənim səhvimin nəticələrini düzəldə bilərik!

Biz dərhal arabaya mindik. Holms atları döndərdi və biz yola düşdük. Döngəni keçən kimi Çarlinqon-holla çöllük arasındakı yol görünməyə başladı. Mən Holmsun əlindən tutdum.

– Bu odur! – Həyəcandan nəfəsim kəsilərək qışqırdım.

Tənha velosipedçi bizimlə üzbəüz istiqamətdə hərəkət edirdi. Sükana çox yaxın əyilib pedallara elə basırdı ki, sanki velosiped yarışmasındadır. Qəfildən o başını qaldırdı və bizi görcək aşağı endi. Onun təbii qara saqqalı solğun üzündən qəribə şəkildə seçilirdi və gözləri hərarəti olan adamlarınkı kimi yanırdı. Arabada bizi görcək o, heyrətlənmişdi.

– Ey, – o qışqırdı, – dayanın! – O velosipedi yolun ortasında qoydu.

– Siz bu arabanı haradan götürmüsünüz? Sizə deyirəm axı, saxlayın! – Yan cibindən tapança çıxararaq qışqırdı. – Dayanın, yoxsa göylərə and olsun, ata atəş açacağam!

Holms atın cilovlarını mənim dizlərimin üstünə atdı və arabadan sıçradı.

– Siz məhz bizim görmək istədiyimiz adamsınız! Xanım Vayolet Smit haradadır? – Holms tez və aydın danışırdı.

– Mən də elə sizdən bunu soruşmaq istəyirəm! Siz onun arabasında oturmusunuz, deməli, onun harda olduğunu bilməlisiniz!

– Araba içiboş gedirdi. Biz atı saxladıq, oturduq və gənc xanımın köməyinə yetişməyə tələsdik. .

– Aman Allah! Aman Allah! Neyləyək? – naməlum bu adam ümidsizlik içində qışqırdı – Onlar onu tutdular, həmin əclaf Budli və quldur-keşiş. Tez, tez, əgər siz həqiqəqtən də onun dostusunuzsa, tez olun! Mənə kömək edin və biz onu xilas edərik, nəyin bahasına olursa-olsun, hətta meyitim Çarlinqton meşələrində çürüməli olsa belə, bunu edəcəyəm!

Əlində tapança qaracöhrələrin arasındakı cığırla özünü itirmiş halda qaçdı. Holms onun ardınca, mənsə Holmsun ardınca atıldım.

– Bax, onlar buradan keçirdilər. – Holms cığırdakı izləri göstərərək dedi. – Ey, dayanın! Kolluqların arasındakı nədir elə?

Təxminən 18 yaşlarında, mehtər paltarında bir gənc adam, dəri qunclar və iplərlə kürəyi üstdə uzanmışdı. O huşunu itirmiş olsa da sağ idi. Mən yaraya baxanda anladım ki, sümük zədələnməyib.

– Bu Piterdir, mehtər! – naməlum şəxs dedi. – Xanımı o aparırdı! Əclaflar onu arabadan düşürdüb vurublar. Qoy uzansın. İndi biz ona kömək edə bilmərik, lakin Vayoleti bir qadının payına düşə biləcək ən bədxah hadisədən xilas edə bilərik.

Biz ağacların arasından keçən cığırla hərəkət etməyə başladıq. Nəhayət, evi haşiyələmiş kollara çatdıq. Holms dayandı. – Onlar evdə deyillər! Budur onların ayaq izləri! Onlar sol tərəfə gediblər, dəfnə kolları tərəfə! Əlbəttə, elədir ki var!

Son sözləri o, kolluqların arasından dəhşət dolu qadın qışqırığını eşidəndə dedi. Daha sonra, bu qışqırıq ən yüksək notunda kəsildi, xırıltı ilə əvəz olundu.

– Bura! Bura! Onlar keql oyunu üçün olan alleyadadılar. – Naməlum kişi kolluqların arasında hərəkət edərək qışqırırdı. – itlər, qorxaq itlər! Ardımca cənablar! Gecdi, gecdi, and içirəm ki, artıq gecdi!

Kollar qəfildən aralandı və biz özümüzü gözəl otluqda tapdıq.

Əks tərəfdə isə qoca palıdın kölgəsində qeyri-adi üçlük peyda oldu. Bizim müştərimiz ağaca söykənmişdi, görünür o, huşunu itirirdi. Ağzı yaylıqla bağlanmışdı. Onun qarşısında, kürən bığlı bir cavan oğlan durmuşdu. Bir əlini belinə qoymuşdu, digər əlində isə qamçı tutmuşdu, onun bu görkəmi, nifrət və hirs ifadə edirdi. Onların arasında ağ saqqallı yaşlı kişi dayanmışdı; nazik yun kostyumunun üstündən sutana1 geymişdi. Görünür ki, o elə indicə nikah kəsib, çünki biz gələn anda o, artıq bibliyanı cibinə qoydu. Gülünc bir təbrik əlaməti olaraq o bəyin çiynindən vurdu.

– Onların nikahı kəsilib! – mən yalnız bunu deyə bildim.

– İrəli! – bizim yoldaşımız qışqırdı və cəld qaçdı, Holms və mən də onun ardınca.

Biz yaxınlaşanda gənc xanım yıxılmamaq üçün astaca ağacdan tutdu. Vilyamson, keçmiş keşiş, istehzalı hörmətlə qarşımızda baş əydi. Əclaf Budli isə önə atıldı. Öz əməlindən heyranlıq duyaraq ucadan güldü.

– Saqqalını çıxart, Bob, – o dedi, – mən səni dərhal tanıdım. Sən və sənin dostların tam zamanında gəlmisiniz. Mən indi sizə xanım Budlini təqdim edəcəyəm.

Yoldaşımızın cavabı gözlənilməz oldu. O saqqalı üzündən qopartdı; saqqal həqiqətən də qoyma imiş. Onun solğun rəngli üzü tərtəmiz qırxılıbmış.

– Bəli, mən Bob Karrutersəm. – tapanca ilə Budlini nişan alaraq dedi. Budli isə əlindəki qamçı ilə təhdidyağdıran hərəkətlər edərdi. – Və mən bu xanımın üzərindən bütün bu təhqirləri yumaq üçün hər şeyi edəcəyəm, buna görə məni assalar belə. Bu qızı rahat buraxmasan başına nələr gələ biləcəyindən səni xəbərdar etmişdim və Allaha and içirəm ki, sözümü tutacağam!

– Lakin sən gecikdin, əzizim! O mənim həyat yoldaşımdır!

– Həyat yoldaşı deyil, o, artıq duldur!

Atəş açıldı və mən Budlinin jiletində necə qan ləkəsinin yarandığını və yayıldığını gördüm.

O yerində fırlandı və kürəyi üstdə yıxıldı; ölümcül solğunluq onun iyrənc, kərpicrəngli üzünü bürüməyə başladı. Hələ də sutananı çıxarmamış qoca Uilyams, bu an heç yerdə heç vaxt eşitmədiyim söyüşlər yağdırmağa başladı və tapança çıxardı. Lakin Holms öz tapançasını ona tərəf tutaraq onu qabaqladı.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»