Читать книгу: «Karyeranı yönəltmək», страница 2
olmadığına və başqa bir şirkətə keçmək lazım gəldiyinə özünüzü inandırmayasınız.
Əksinə, hazırkı vəzifəni genişlədərək, ya da şirkət daxilində bir və ya bir neçə tamamilə yeni vəzifə alaraq öz maraq sahənizlə üst-üstə düşən fürsətlərdən yararlana bilərsiniz ki, bu da sizin öz işinizdən razı qalmağınızı təmin edəcək. Onu da yaddan çıxarmayın ki, işin belə bir şəkil almasından şirkətiniz də faydalanacaq. Çünki belə olduqda sizin yerinizə götürmək üçün kimisə dəyərləndirmək, bu işə zaman sərf etmək lazım gəlməyəcək və yeni namizədə müvafiq təlim keçmək üçün xüsusi maliyyə sərf etməyə ehtiyac olmayacaq. Axı şirkətin sizin kimi son dərəcə sadiq bir əməkdaşı var!
Son zamanlar irili-xırdalı bütün müəssisələr sürətlə dəyişən bu dünyada rəqabətə davam gətirmək üçün aşağıda göstərilən xüsusiyyətlərə malik əməkdaşlara ehtiyac duyduqlarını etiraf edirlər:
Davamlı öyrənmə istəyində olan;
Özünə ən uyğun iş tapmaq üçün öz maraq sahələrini, dəyərlərini və bacarıqlarını nizamlı şəkildə qiymətləndirən;
Bütün bacarıqlarını şirkətin uğurları üçün sərf edən;
Şirkətin gələcəkdə ehtiyac duyacağı bacarıq və davranışları qavrayan və bu qabiliyyətləri inkişaf etdirmək istəyi olan;
Sürətli və çevik şəkildə reaksiya verən;
Nizamlı iş vəzifələri və özəl layihələr arasında asanlıqla hərəkət edə bilən;
SİZ OLSANIZ, NƏ EDƏRDİNİZ?
7
?
Ağac budağı yaş olanda asanca əyilir?
Devid qərara gəlmişdi ki, daha reklamçılıq sahəsində çalışmaq istəmir. Əlbəttə, insanları sevirdi, amma karyerasında artıq perspektiv olmayacağının da fərqində idi. Reallıqla üz-üzə qalmışdı. Öz-özünə düşünürdü: Hər şeyə yenidən başlamaq üçün də məktəbə geri dönüb təhsilimi dəyişmək üçün də çox yaşlıyam. Buna baxmayaraq, Devid uzun illərdən bəri xeyli qiymətli bilgi və təcrübə sahibi olduğunun da fərqində idi.
Hamı onun mükəmməl bir idarəçi olduğunu söyləyirdi. Xüsusilə, müştərilərin ehtiyaclarını anlamaq məsələsində olduqca mərifətliydi.
Bir müddət sonra onun ağlına maraqlı bir fikir gəldi. “Yeni işə başlamaq üçün o qədər də yaşlı deyiləm. Xüsusilə, xəyallarımdan vaz keçmək üçün hələ çox gəncəm!”
Amma o nədən başlamalıydı? Düzgün bir istiqamət götürmək üçün nə etməliydi?
Bəs siz olsanız, nə edərdiniz? “Belə edə bilərdiniz” başlığı altında bələdçiniz bir həll yolu göstərəcək.
İşin dəyişdirilməsi prosesini yönəltmək
Dəyişiklik hər zaman təbii və faydalı olsa da, bu, onun heç də mütləq asan başa gələcəyi demək deyildir. Dəyişiklik istəyi professional karyera pillələrində öz inkişafınızı idarə etməyi, özünüzü cəmləşdirib bəzi təşəbbüslərə baş vurmağı tələb edir. Əvvəlcə ciddi bir şəkildə özünüzü tanımanız gərəkdir. Özünüzü tanımaq üçün isə aşağıda yazılan kateqoriyaların hansının sizin üçün tətbiq edilə
biləcəyini anladığınızda mümkün ola bilər.
Sizin üçün ən cəlbedici professional maraq sahələri güclü həvəs duyduğunuz növdə çalışmanız deməkdir;
Ən çox dəyər verdiyiniz cəhət və mükafatlar heç kəsdən asılı olmamaq, pul, həmkarlarınızla yaxın bir iş əlaqəsi qurmaq və sairdir.
Ən güclü bacarığınız verilənlərin təhlili üçün qrafik tərtib edən proqramdan yararlanmaq kimi necə ediləcəyini bildiyiniz şeylərdir.
İkincisi, şirkətinizin sizə təqdim etdiyi bir sıra irəliləyiş fürsətinin və resursun fərqində
olmalısınız. Üçüncüsü, sizin üçün “ən yaxşı” olan fürsətlərin ardınca düşün.
Bu proses həm həyəcanlı, həm də qorxuducu ola bilər. Bu zaman bəzən özünüzü bataqlığa batmış kimi hiss etməyiniz mümkündür. Və ya işlərin çox sürətlə getdiyini görüb sevindiyiniz anlar da olacaq. Bir sözlə, bu cür əhval dəyişikliklərinə hazır olun. Yaxşı xəbər isə budur ki, karyera irəliləyişi prosesi boyunca xeyli resurs sizə kömək etmək üçün hazır vəziyyətdə gözləyəcək. O
cümlədən, peşə yoldaşlarınız, dostlarınız və ailənizdən alacağınız dəstək və anlayışı da bura əlavə
edə bilərsiniz. Bundan başqa, siz maraq sahələrinizi, dəyərlərinizi və bacarıqlarınızı üzə çıxarmağa kömək etmək üçün bir neçə rəsmi dəyərləndirmə vasitəsindən də faydalana bilərsiniz.
Hər hansı bir məqamdan nə gözləmək lazım gəldiyini əvvəlcədən bilirsinizsə, dəyişiklik prosesini daha yaxşı şəkildə inkişaf etdirə bilərsiniz.
BELƏ EDƏ BİLƏRSİNİZ
Devidin reklamçılıq karyerasında dəyişiklik etməklə bağlı arzusuna geri dönək…
?
8
Bələdçiniz belə bir həll yolu irəli sürür:
Devid yeni karyera istiqaməti haqqında düşünmə prosesinə başladıqda özünə aşağıdakı sualları yönəltməlidir:
Özünün başlıca professional maraq sahəsi hansılardır – yəni, ən çox nə kimi işlərə maraq duyur.
Məsələn, problemləri həll etməyi, insanlarla çalışmağı, yoxsa qərar verməyi üstün tutur?
Özünün ən dərin iş dəyərləri hansılardır? Məsələn, öz işini qurub təkbaşına çalışmağı, yoxsa yüksək bir gəlir əldə etməyi daha üstün hesab edir?
Ən güclü bacarıqları hansılardır?
9
Karyerada məsuliyyəti öz üzərinizə götürün
10
Müasir dövrün iş şəraitində işə götürənlə əməkdaş arasında “müqavilə” bir çox şirkətdə artıq söhbət mövzusu deyil. Buna görə də karyeranızın vəziyyətini və inkişafını davamlı olaraq göz önündə tutmaq və ona istiqamət vermək sizin özünüzə bağlı məsələdir.
Karyeranı müəyyənləşdirmək
Əməkdaşların öz professional irəliləyişlərindən məsul olduqları fikri nisbətən yenidir. Keçmişdə
insanlardan gənclik illərindən başlayaraq özləri üçün bir karyera yolu seçmələri, iş yeri tapmaları və
sonrakı iş həyatı boyu məhz seçdikləri şirkətdə də qalmaları gözlənirdi. Təxminən belə demək mümkündürsə, şirkət bir təyyarə, şirkət liderləri pilot, əməkdaşlar isə yolçu hesab olunurdu. Bu gün isə vəziyyət dəyişib. Yəni hər kəs pilotdur.
Bu gün işə götürənlə əməkdaş arasındakı əvvəlki tərzli “müqavilə” artıq söhbət mövzusu deyil.
Nə üçün? Səbəb odur ki, radikal dəyişikliklərin bir araya gətirilməsi iş yeri qaydalarının yenidən
“yazılmasına” səbəb oldu.
Bu dəyişikliklər arasında texnoloji tərəqqi, qloballaşma, təşəbbüsçülükdə yaşanan partlayış və
yeni, kiçik, sürətlə hərəkət edə bilən şirkətlərin yayılması əsas yeri tutur. Bundan əlavə, müəssisələrə
düzəliş verən və yığcamlaşdıran yenidənqurma və yenidən təşkilatlanma dalğası da əlavə oluna bilər.
Belə bir dəyişiklik istər böyük, istər kiçik, istər yeni, istərsə də oturuşmuş şirkətlərin rəqabət qabiliyyətli olması üçün ehtiyac duyduğu bacarıqların fasiləsiz artan sürətlə dəyişdiyi anlamına gəlir.
Rəqabətə davamlı qala bilmək üçün bacarıqları dəyişdirmək
Müasir dövrdə şirkət əməkdaşları da, öz işini yürüdən təşəbbüsçülər də, həmçinin professional iş
həyatının başlanğıcında olanlar və sonunda dayananlar da öz iş qabiliyyətlərini daha sıx şəkildə
aktuallaşdırmalı və genişləndirməlidirlər. Xüsusilə, orta səviyyəli idarəçilər təşkilatdaxili nizamlamanın təsirini daha artıq hiss edə bilərlər. Məsələn, idarəçilərin məsuliyyəti o qədər qabarıq şəkildə dəyişib ki, artıq bir çox insan idarəçi anlayışı altında məhz nəyin nəzərdə tutulduğundan əmin deyildir! Son on il boyunca aparılan ixtisarlar və yenidən təşkilatlanmalar zamanı bir çox idarəçi ya öz işini itirmiş, ya da daşıdıqları məsuliyyət o qədər də cəlbedici olmayan şəkillərdə