Читать книгу: «Günahsız günahkar. Roman. Hissə – 3», страница 3

Шрифт:

Aylın kağızı qatlayıb qoydu kənara, Sərdar gəldi əyləşdi. Aylının bir təhər olduğunu görüb – Aylına: nə oldu canım? – Sərdara: nə deyirdi Tahir? hər şey yaxşıdırmı? – Aylına: iş haqda danışdıq canım. Yaxşıdır hər şey narahat olma, qəhəvəsini götürüb içdi. Tahir sənə ürəyimi açdığıma hələdə inanmır, Aylın oğlanın yazdığına əsəbi idi, gülümsəməyə çalışdı. Oğlanın oturduğu masaya baxdı yox idi, Aylının kimisə axtardığı Sərdarın gözündən qaçmadı. Sərdar – Aylına: canım birinimi axtarırsan, tanış filan? Aylın dərindən nəfəs alıb – Sərdara: mənə silah lazımdır. Sərdar qəhvə içdiyi yerdə az qaldı boğulsun – Aylına: nə lazımdır? zarafatmı edirsən canım. Silah nəyinə lazımdır sənin? Aylın kağızı Sərdara tərəf itələdi əli ilə. Sərdar şüphəylə baxaraq, kağızı açıb oxudu öz – özünə: çaqqal mən sənin bunu yazan barmaqlarını qırmarammı. Sərdar əsəbləşdi – Aylına: o tip burdaydı eləmi? necə görmədik o şərəfsizi? Sərdar ətrafa nəzər salıb baxdı, görmədi. Aylın – Sərdara: mənə mütləq lazımdır silah. Sərdarın kefi qaçdı tamam, – Aylına: canım sən narahat olma, mən həll edəcəm onun işini qısa zamanda. Bu təhtid kağızınıda onun, pis söz demək istəyirdi demədi. Aylın – Sərdara: görünür mənim əlim artıq qana bulaşmağa davam edəcək. Sərdar Aylına nə isə demək istəyirdi, imkan vermədi. Aylın – Sərdara: Sərdar bax iki dəqiqə yanımdan çıxdın dışarı, heç xəbərin olmadı peyda oldu tip burnumun uçunda, mənim özümü qorumağımçün silaha ehtiyacım var. Hər halda buralarda vardır silah satılan mağazalar.

Sərdar alnını əli ilə sürtərək – Aylına: silah elə bir şeydir canım gərək ona səbirlə davaranasan, yoxsa əlindən bir xəta çıxar mütləq. Aylın kefinidə pozmadı, – Sərdara: o zaman silahım olmasa şərəfsiz mənə nələr etməz ki? barmağını qırsamda, bilirsən mənim onunla qol gücüm bərabər deyil ki? bu şərəfsizlə yaxında üzləşəcəyim ürəyimə damıb. Sərdar əsəbləşdi, bu nədir belə? bizim rahat problemsiz günümüz olmayacaqmı? elə bil qara pişik keçib yolumuzdan. Aylın – Sərdara: mənim yolumdan çoxdan keçib canım qara pişik, səndə artıq sevgilim olduğuna görə, pişiyimə öyrənsən yaxşı olar. Sərdar çox əsəbi id, i o tipin kağız yazaraq Aylını təhtit etməsini qəbul edə bilmrdi. Aylın qəhvəsini götürüb içdi, Sərdarın əsəbləşməsinə gülümsədi.

Sərdar əvvəl razı olmasada, sonradan Aylının təhlükəsizliyiçün silah almağa qərara gəlmişdi. Aylın evdə divanda eyləşmişdi, Sərdar gəldi əyləşdi yanında, üzündən öpdü. Aylın – Sərdara: hardaydın? Aylına baxdı, belinə taxmış tapancanı çıxarıb göstərdi, al canım bu artıq sənindir. Aylın silaha Sərdara baxdı təcüblə – Sərdara: bu hardan oldu sənə? – Aylına: hardan olduğunu soruşma canım, silahla o qədərdə düzgün atəş aça bilmirsən yadımdadı. Aylına baxdı Sərdar gülümsəyib, canım dəymirdi atdığın mərmilər, baxma mənə elə. Aylın silahı götürüb baxdı, birdən Sərdarın alnına dayadı, – Sərdara: səncə indi atəş açsam düz dəyərmi?

Sərdar tapancanı ürəyinə tutub – Aylına: canım qurbandı sənə vur ürəyimdən. Aylın tapancanın mərmi olan yerinə baxdığnda, içinin dolu olduğunu görüb həyəcanlandı. Aylın – Sərdara: mərmi var içində? – Aylına: canım silahda mərmi olarda. Aylın acıladı – Sərdara: dəlisənmi? niyə demirsən, məndə boş olan bilib zarafat edirdim, Aylın həqiqətən qorxdu! Sərdar güldü qucaqladı boynunu, – Sərdara: manyaksanmı sən? hələ bir ürəyinədə dayadı silahı vur deyə. Oğlum tətiyi çəksəm nə olacaqdı? Sərdür gülümsəyərək, – Aylına: vurulacaqdım canım, sevgilimin əlindən olsun ölümüm mən razıyam. Aylın silahı divanın üstünə atıb qalxıb getdi. Sərdar Aylının qorxduğuna güldü, – Aylına: canım mənim necədə qorxdu məni vuracağından. Demək sevirsən məni, gülümsəyib baxdı Aylının ardınca.

Səhər açılmışdı, Aylın qapının zənginə oyandı yuxudan, Sərdar başqa otaqda yatırdı. Aylın saata baxdı hələ səhər 5:00 idi, qalxıb gəlib qapını açdığnda Aylının üzünün ifadəsi dəyişdi. Əlləri ilə üzünü tutub baxdı, sən? birdənəm deyib qapıda dayanan Ramizin boynuna sarıldı. Ramiz Aylını qucaqlayıb öpüb bağrına basdı, – Aylına: canım sabahın xeyir darıxdım sənsiz, o şəhər mənə dar gəldi. Aylın boynunu buraxmadan – Ramizə: niyə xəbər etmədin gələcəyini? qarşılayardım səni. Ramiz Aylını özünə sıxaraq, sənə syurpriz etdim canım, bir dəfəlik gəldim, sənə artıq sən harda məndə orda. Aylın Ramizin yanındakı çantasını götürdü, – Ramizə: gəl birdənəm, çox sevindim gəldiyinə. Ramizdə başqa çantasını götürüb girdi evə, içəri girdiyində ətrafa baxdı, kövrəldi gözləri yaşardı. Aylın – Ramizə: gəlsənə, Ramiz keçdi divanın yanında çantasını yerə qoyub baxdı.

Ramiz – Aylına: mən çox peşmanam canım bibim sağ olduğunda bura gəlmədiyimçün, insana necə hüzur verən bir eviniz varmış. Aylın üzgün baxışlarla baxdı – Ramizə: qismət bu günə imiş birdənəm, üzülmə sonunda gəldin bax. Əlindəki çantanı yerə qoyub, gəlib Ramizin boynuna sarıldı. Ramizlə qucaqlaşıb bir – birinə təsəlli verdilər, – Ramizə: yoldan gəlmisən, mən sənə bir şeylər hazırlayım. Ramiz qoymadı – Aylına: heçnə istəmirəm canım yatmaq istəyirəm, Aylın gülümsəyib, – Ramizə: gəl birdənəm mənim. Ramizin əlindən tutub apardı öz otağına gətirdi.

Ramiz otağa baxıb – Aylına: haqlıysanmış evinçün darıxmağında, Aylın Ramizin pencəyini əynindən çıxarıb öz yatağına yatızdırdı. Yanında əyləşib – Ramizə: bir bilsən bu şəhər mənimçün necə doğmadır, Ramizin saçlarını qarışdırıb üzünə sığal çəkdi. Ramiz bilmirdi nədən Aylın belə edirdi, ancaq həmişə ki kimi Ramizə Aylının bu etdiyi hərəkət çox xoş gəlirdi. Ramiz Aylının əlini tutub öpdü, sənin bu saçlarımı qarışdırıb, üzümü sığallamağınçün darıxmışdım canım. Aylın gülümsəyib, – Ramizə: sən mənim birdənəmsən, sən mənim dostum —sirdaşım, ən yaxınımsan, yaraşıqlı dayımın oğlu. Ramiz yorğun idi, – Aylına: səndə mənim bibimin yadigarısan, mənə qalan ən qiymətlimsən canım. Aylın mehribanlıqla Ramizin saçlarını sığalladı, – Ramizə: yum gözlərini yat birdənəm. Ramiz Aylının əlini tutub tez yuxuya düşdü.

Ramizin üstünü örtüb, biraz ona baxıb ehtiyatla ayağa qalxdı, otaqdan çıxdı qapını örtdü. Aylın bilirdi səhər saat 6:00 – da Sərdar yuxudan oyanırdı, gəlib yavaşca Sərdar yatan otağın qapısını açdı baxdı. Sərdar oyanmamışdı hələ, Aylın Sərdarın yanına gəlib əyləşdi. Sərdarın yatışını seyr edərək saatına baxdı, Sərdarın oyanmasını gözləyirdi. Sərdar Aylın qapını açdığında oyanmışdı, yanında oturması ona xoş idi, ona görə gözlərini açmırdı. Aylın saata baxdı, 6 olub 7 – yə işləyirdi Sərdar oyanmırdı, təcüblə yavaş səslə öz – özünə: bu niyə oyanmadı? saatına baxdıb, mənim saatımmı qabağadır. Sərdar yavaş səslə, – Aylına: yox canım düzdür saatın. Aylın Sərdarın oyaq olduğunu anladı -Sərdara: sən mənimi dolamısan? Sərdarın qoluna vurdu yavaşdan. Sərdar gülümsəyib, – Aylına: oyandığımda yanımda səni görməyimə necə sevinirəm bir bilsən canım, – Sərdara: bu səhər mənimdə üzümə sevinc dolu açıldı bir bilsən. Sərdar – Aylına: belə səhərlərimiz çox olaçaq canım, səndə mənim yanımda olduğuna sevinclisən bax. Aylın gülümsəyərək, – Sərdara: bağışla canım bu gün başqadır, tək sənə görə sevincli deyiləm. Sərdar anlamadı nə olduğunu, – Sərdara: birdənəm gəldi biraz qabağa bura. Sərdar anlamadı, biraz fikirləşib – Aylına: Ramizmi? Aylın gülümsəyərək, hə canım Ramiz gəldi.

Sərdar yerində oturdu, – Aylına: bəs hardadı o? Aylın barmağını Sərdarın dodaqlarına tutub, suss səs etmə, yatdı mənim yerimdə yorğun idi. Sərdar pıçıltılı səslə az vaxlığa gəlib yəqin, dodağına tutmuş Aylının barmağından öpdü. Aylın – Sərdara: yox dedi həmişəlik gəlib mənə, bu söz biraz Sərdarı açmadı. Sərdar – Aylına: o burda qalıb nə edəcək həmişəlik? Aylın ayağa qalxıb – Sərdara: orda kimsəsi qalmadı. Nə fərqi var artıq harda olsada? sən qalx əl – üzünü yu danışarıq, qalxarkən səs etmə otaqdan, çıxdı. Sərdar əllərini üzünə çəkərək öz – özünə: səs etməyəcəyikmiş. Ramizə qısqanırdı Aylını hər zaman, yerindən qalxıb öz – özünə: uşaqdır elə bil tək qalmamağa, əyninə köynəyini geyinib otaqdan çıxdı.

Günorta olmuşdu Ramiz hələdə yatırdı, Sərdarın kefi yox idi Ramizin ora həmişəlik gəlməsindən. Aylın yeməklər hazırlayırdı mətbəxtdə, Sərdar divanda oturub Tahirlə mesajlaşırdı. Tahirdən cavab gəldi -Sərdara: (niyə qısqanırsan? Ramiz onun dayısı oğludur) Sərdar cavab yazdı -Tahirə: (deyil dayısı oğlu bilirsən, oların heç doğmalıqları yoxdur bir – birlərinə, bunu Ramizdə bilir Aylında). Tahirdən cavab gəldi-Sərdara: (bax qardaşım Aylın səni sevir dostumu tanıyıram mən, həm işində – həm verdiyi sözündə möhkəm biridir. Bunu sənə deməyə gərək yoxdur özündə bilirsən, sakit ol Aylına güvən yetər, qalanını düşünmə). Sərdar cavab yazdı – Tahirə: (tamam calışaram, ama nədən isə ürəyim rahat deyil) Tahirdən cavab gəldi – Sərdara: (Ramizin orda olması yaxşı oldu, düşünsənə o tipdən qoruyar Aylını. tək olmadığını görəndə rədd olar alcaq). Sərdar cavab yazdı – Tahirə: (səninlə razıyam, mənim dönməyim lazımdır işimə, düz deyirsən mən qayıdınca göz qulaq, olar tapşıraram Ramizə). Tahir cavab yazdı – Sərdara: (sən dönüncəmi?) – Tahirə: (mən Aylını burda tək qoya bilmərəm, o tip Aylından rahatlıqla əl çəkməyəcək). Tahirdən artıq cavab gəlmədi, Sərdar dərindən nəfəs alıb baxdı. Tahirdə Sərdarsız işləyə bilməzdi tək orda qalıb, biri – birinə kiçiklikdən öyrəşmişdilər. Sərdar anladı, Tahir Nərgizidə tək qoya bilməzdi orda, fikirləşirdi ona görə cavab yazmadı özünə.

Aylın gəldi qəhvə fincanı Sərdarın önünə qoyub, – Sərdara: Ramizi oyadım canım, səndə qəhvəni iç. Aylın getmək istəyirdi, Sərdarın kefsiz – üzgün olduğunu görüb – Sərdara: niyə kefsizsən sən? Sərdar birldirmək istəmədi. Tahirlə iş haqda yazışırdıq canım, bilirsən bizim işlərimizi bəzən kefsiz olmağımıza səbəb olur. Aylın – Sərdara: o zaman heç soruşmayım, getdi Ramizi oyatmağa. Sərdardar dərindən nəfəs alıb baxdı Aylının ardınca.

Aylın otağın qapısını açıb ehtiyatla baxdı, Ramiz yatırdı hələ oyanmamışdı, otağa girdi yatağına yaxınlaşıb əyləşdi yanında. Ramizin saçlarını sığalladı mehribanlıqla ki, oyansın. Ramiz gözlərini açıb baxdı, Aylına gülümsəyərək, – Ramizə: günorta yeməyinin vaxdıdır birdənəm hadi qalx. Ramiz gülümsəyib, – Aylına: bura nə rahat yer imiş canım, çoxdandı belə yuxu yatmırdım mən. Aylın mehribanlıqala – Ramizə: qalx Sərdar səni gözləyir yeməyə. Sərdar deyəndə Ramiz pərt oldu, yerində oturdu, – Aylına: Sərdarmı? onun burda nə işi var? Aylın gülümsəyərək, sən qalx gəl danışarıq. Ayağa qalxıb çıxdı otaqdan, Ramiz Sərdarın burda olmasına əsəbləşdi öz – özünə: bunun əlindən rahatlıq yoxduda, əsəblə yataqdan qalxıb çıxdı otaqdan.

Anası – oğluna: Dilqəm oğlum get Aylına de Sərdarı gətirsin bizə günorta yeməyinə, Dilqəm anasına bir söz demədən çıxdı evdən.

Aylın masaya yemək qoyub əyləşdi, Ramiz qolların bir – birinə dolaylb oturmuşdu kefsiz. Ramiz – Sərdara: deməli sən indi mələk oldun? Sərdar gözünü çəkmədən Ramizə baxırdı. Aylın – Ramizə: birdənəm bu haqda danışdıq biz artıq Sərdarla. Ramiz imkan vermədi Aylın sözünü bitirsin, – Aylına: hə bildim sevgilisiniz artıq. Aylın Ramizin bu davranışına sadə baxırdı, – Ramizə: birdənəm sən Sərdarı istəməyə bilərsən, ancaq mənim xətrimə nə olar bir – birinizi didməyin. Qapının zəngi basıldı, Aylın qalxıb qapıya getdi.

Sərdar – Ramizə: mənə bax Aylının kefini pozma biraz anlayışlı olmağa çalış, – Sərdara: sənmi danışırsan anlayışdan? sən onun başına açmayan oyunlar qoymadın, az qala öləcəkdi sizin üzünüzdən. Sərdar əsəbləşdi – Ramizə: sənin ananın üzündən oldu mənim deyil, bunu unutma. Atana olan borcunu ödəməsini sənin anan tələb etmişdi o zamanlar Aylından. Mən Aylını tanımırdım o vaxtdı, istərsən indi günahkar axtarma, bilirisənmi niyə? çünki bu işdə sizində az zibilləriniz olmayıb. Mən Aylını sevirəm bunu sox beyninə, heç kim onu məndən ala bilməz. Ramiz – Sərdara: sevirmiş oğlan, desənə özünüz getməyə qorxan yerlərə göndərməkçün istifadə etdərək sevgili rolunu oynayıram. Sən göyə çıxıb yerə düşsəndə, buna mən icazə verməyəcəm. Sən ya öz istəyinlə ayrılacaqsan Aylından yada, Sərdar – Ramizə: yada nə?

Aylın gəldi Dilqəmlə, Dilqəm Sərdarı tanıyırdı, Ramizi birinci görürüdü, Ramizlə Sərdar Dilqəmə baxdılar. Dilqəm biraz pərt oldu, Aylına tərəf əyilib pıçıltılı səslə – Aylına: buda rəyisin oğludurmu? Aylın gülümsəyib, – Dilqəmə: xeyir deyil. İkisidə eyni sözü eyni vaxtda dedilər – Dilqəmə: yüksəkdən de bizdə eşiidək. Aylın bilirdi Ramizlə Sərdar dartışmışdılar özü olmayan qısa vaxtda. Dilqəmə tərəf əyilib pıçıltıyla Ramizi göstərib, – Dilqəmə: o mənim dayım oğludur səhər gəlib. Dilqəm dayısı oğlu dediyində kefi açıldı, – Aylına: bu sənin dediyin dayın oğlu Ramizdirmi? – Dilqəmə: hə özüdür. Dilqəm – Aylına: artıq pıçıltıyla danışmayaq, baxışlarından hiss edirəm vurulmama az sanyələr qalıb. Aylın Dilqəmin sözünə gülümsədi,

Dilqəm Ramizə yaxınlaşdığında, Ramiz ayağa qalxıb baxdı ona. Dilqəm əlini uzadıb – Ramizə: xoş gəldin buralara qonşumun birdənəsi. Ramiz anladı qonşu dediyində, həmdə Aylının özü haqda qonşusuna danışmasından xoşlandı. Ramiz Sərdara kinlə acıq verən baxışlarla baxıb, Dilqəmin əlini sıxıb qucaqlayıb görüşdü. Ramizdə – Dilqəmə: xoş günün olsun qardaşım, necəsən? Dilqəmində Ramizin mehribanlığından xoşu gəldi. Ramizlə qucaqlaşıb görüşdülər, – Dilqəmə: gəl əyləş yanında otuzdurdu. Ramizdə əyləşdi – Dilqəmə: demək canımın qonşususan. Dilqəm xanım dediyində biraz anlamadı, ancaq tez düşünüb canım sözünü Aylına dediyini bildi. Dilqəm gülümsəyərək, – Ramizə: hə canının qonşusuyam birdənsi. Sərdarın özünə tərs – tərs baxdığını görüb – Aylıana: mənə su versənə zəhmət olmasa, boğazı qovuşdu.

Aylın mətbəxtdəxtdən gedib su gətirdi verdi, Diləqəm təşəkkür edib suyu içdi. Ramizlə Sərdarın Aylına görə bir – birinə qarşı olan nifrət dolu hisslərini anlamışdı. Dilqəm boş bakalı masaya qoyub Sərdara baxdı. Sərdarda Dilqəmə baxırdı, – Sərdara: anam səni bizə çağırıdı, Sərdarın kinli baxışlarından biraz sözünü düz demədi, – Sərdara: yəni sizi bizə yeməyə dəvət etdi. Dilqəm – Ramizə: qardaşım səndə gəl. Ramiz – Dilqəmə: sən apar Sərdarı qardaşım, mən burda onun kimi müvəqqəti qonaq deyiləm. Artıq məndə sizin qonşunuz sayılıram, biz daha sonra oturarıq rahat səninlə. Sərdara baxdı acıq verən baxışlarla. Aylın ayaq üstə dayanıb baxırdı olara. Sərdar – Aylına: gəl əyləş canım, Aylın keçib Sərdarın yanında əyləşdi. Dilqəm olara altdan – altdan baxırdı. Sərdar gülümsəyərək, – Aylına: canım yadındadırmı məni əlinlə yedirdiyin günlərin? – Sərdara: yadımdadır canım. Sərdar – Aylına: yadındadırmı biz istirahətə getdik birdənəndə vardı bizimlə, orda o sərxoş oldu Tahirlə Nərgiz apardılar onu evinə, – Sərdara: yadımdadır canım. Sərdar dərindən nəfəs alıb – Aylına: sənidə mən evinə gətirdim, səhərə qədər keşiyində dayandım yanında yataraq. Gözəl keçirmişdik birlikdə o günümüzü, elə deyilmi canım? – Sərdara: ayıldığımda Tahir dedi ki mən səni çox pis söymüşəm sərxoş olub. Ramiz səsli yüksəkdən güldü, Aylın anlamırdı Sərdarla Ramiz nəyə görə davalaşırdılar bir – biri ilə. Sərdar əlini tutub öpdü – Aylına: artıq sənindi varım yoxum, söyədə bilərsən sevədə canım. Aylın gülümsəyib, – Sərdara: sevərəm canım söymərəm çalışıb. Sərdar əlini öpüb ürəyinin üstə tutdu, – Aylına: sənə syurprizim var canım. Dilqəm bakalın dibində qalan suyuda içdi. Ramiz Sərdara elə baxırdı ki, imkanı olsa boğardı bəlkədə onu.

Diləqm anlamışdı artıq. Aylın – Sərdara: nə syurprizidi canım? Sərdar gülümsəyib, – Aylına: mən işimdən tam çıxıb bura yerləşəcəm atam ilə. Aylın qulaqlarına inanmadı – Sərdara: buramı? zarafat edirsən canım. Ramizin qalan kefidə qaçdı üzünün ifadəsi dəyişdı. Dilqəm bakalın dibinə baxdı, su qalmamışdı içməyə. Aylın – Sərdara: bəs işiniz? atan işini buraxmaz inanmıram. Sərdar – Aylına: biz bu haqda danışmışıq canım sənin ilə, bilirsən atam mənsiz qala bilməz ayrı. Dediyimdə o da razılaşdı, və ordakı hər şeyimizi satıb burda iş quracağıq səninlə birlikdə.

Aylın çox sevindi bu xəbərə, – Sərdara: canım əgər dediklərin doğrudursa çox sevindim. Ramiz dərindən nəfəs alıb – Dilqəmə: içməyə bir şeyin varmı qardaşım? Dilqəm anladı – Ramizə: əlbətdə qardaşım var gedək. Anamlada tanış olarsan, artıq qonşumuz olacaqsan. Ramiz əsəblə qalxdı masadan, Dilqəmdə qalxdı.

Aylın – olara: hara gedirsiniz? yemək yeyəcəyik oturun. Ramiz – Aylına: iştahım yoxdu canım nuş olsun sizə, getdi. Dilqəm – Aylına: mənimlədi narahat olma, yalandan gülümsəyib, tez Ramizin ardınca getdi. Aylın Ramizin niyə incidiyini anlamadı – Sərdara: indi buna nə oldu ki? mən olmayan o anda davamı etdiniz? – Aylına: boş ver canım, o məni istəmir əvəldən bilirsən. Nərgizlə Tahirin başına açdıqları oyundan sonra Kamili vurmuşdum, dostuna görə mənimlə kin saxlayır hələdə. Aylın dərindən nəfəs alıb – Sərdara: sən ondan incimə canım tamammı? onun ürəyi çox yumşaqdır bilirsən. Onunda başına gəlməyənlər qalmadı son zamanlar. Sərdar gülümsəyib, – Aylına: sən məni yedirməyəcəksənmi? – Sərdara: yedirərəm canım. Yaxın əyləşib yeməkdən çəngələ götürüb verdi yesin, Sərdar çəngəli əlindən masaya qoyub – Aylına: əlinlə ver canım. Aylın – Sərdara: uşaqdan betərsən olursan bəzən, yeməkdən əliylə götürüb verdi ağzına yedizdirdi. Sərdar yeməyi yeyərək – Aylına: mmm çox dadlıdır canım, dur indi mənim növbəmdir, yeməkdən əliylə götürüb Aylını yedirdi. Aylın Sərdarın verdiyi yeməyi yeyərək, – Sərdara: əllərimə sağlıq canım doğurdan dadlı olub. Sərdar Aylının sözünə zarafatına gülümsədi, – Aylına: qıymadın mənim əlimdən yediyinçün dadlı oldu dəməyə. Aylın üzülmüşdü Ramizin getməsinə, Sərdarda anlayırdı bunu. Aylının zarafat edib başını qatmağa çalışırdı.

Dilqəm Ramizi özlərinə gətirmişdi, anasıylada tanışdırmışdı. Bahar – Ramizə: oğlum gərçəkdən çox sevindim gəldiyinə, inan Aylın mənə qızım sayılır. Ona görə çox narahat oluram, sən burda olsan rahat olaram artıq. Ramizin kefi o qədərdə yox idi, zorla gülümsəməyə çalışırdı yalandan, Dilqəm anlayırdı halından. Ramiz – Bahara: məndə çox sevindim sizin kimi qonşusu var canımın. Bahar anlamadı Ramiz canım dedikd. Dilqəm – anasına: Aylını deyir ana, anası gülümsəyərək, – Ramizə: düz deyirənsən oğlum candı o cann. Ramizə yemək çəkdi təşəkkür etdi arvada. Dilqəm qalxıb mətbəxtdə getdi. Az vaxtdan əlində içki şüşəsiylə, balaca rumkalarla qayıtdı. Ramiz – Bahara: Bahar xala mənə biraz bibim haqda danışarsanmı? çox peşmanam sağlıqlarında bura gəlmədiyimçün. Bahar dərindən nəfəs alıb üzgün baxışlarla baxdı Ramizə. Dilqəmdə iki rumkaya içki süzdü əyləşdi. Bahar Ramizə danışmağa başladı qonşularının nə qədər yaxşı insanlar olduqları haqda. Ramiz qulaq asırdı diqqətlə, danışdıqca gözləri dolurdu yaşla.

Artıq gec idi Ramiz hələ gəlməmişdi evə – Sərdara: bu nə çox qaldı Dilqəm gildə? – Aylına: bir – birini sevdilər canım, yəqin söhbət edirlər gələr. Aylının Ramizə görə narahat olmasınıda qısqanırdı, ancaq bildirməməyə çalışırdı. Bilirdi Aylınçün Ramiz çox dəyərli idi, istəmirdi Aylın ona görə özündən incisin.

Qapı açıldı, Aylın tez qapıya tərəf getdi gələn Ramiz idi. Çox iÇmişdi ayaq üstə zorla dayanırdı, Aylın Ramizin qolundan tutub gətirdi, divana otuzdurdu. Sərdar xoşlamadı Ramizin içib gəlməsini, Aylın Ramizi yanında əyləşdi. Ramiz – Aylına: canım Bahar xala danışdı bibim haqda hər şeyi, mən çox üzgünəm sağlıqlarında bura gəlmədiyimçün, gərçəkdən çox üzgünəm, gözləri yaşardı. Aylın Ramizin kürəyini əli ilə sığallayaraq, mehribanlıqla – Ramizə: səhər gedərik birdənəm oları ziyarət edərik. Anamın ürəyi çox kövrəkdi səndən inciməmişdir üzülmə, qismət deyilmiş nə edək. Ramiz heç Sərdara baxmadı, elə bil Sərdar yox idi onunçün bu evdə. Aylının çiyninə başını qoyub gözlərini yumub dayandı. Sərdar Ramizə olan əsəbini çarəsiz içinə atıb sakit qalırdı yerində.

Sabah olmuşdu, üçü birlikdə məzarlarına gəlmişdilər Aylının valideyinlərinin. Ramiz sakit oturmuşdu bibisinin məzarı yanında, çox üzgün görünürdün. Aylın məzarların üstündəki gülləri səliqə ilə qoydu. Ramiz fikirə dalmışdı, Aylın Ramizin nə düşündüyünü anlamasada, onu fikirindən ayıltmaq istəmirdi. Sərdar qollarını bir – birinə dolayıb baxdırdı Ramizə. Aylın – Sərdara: yazıq gəlmədiyiçün xəcalət çəkir indi, Sərdar – Aylıana: canım boşa deməmişlər, etdiyin hörməti insana sağlığında et, sonrakı peşmançılıq fayda verməz. Aylın – Sərdara: Ramiz çox dəyişdi anasının açdığı oyunlardan sonra. Sanki elə bil o vaxta kimi hələdə balaca uşaq idi, artıq o günərindən iz qalmamış. Sərdar Ramizə baxıb nə isə başqa şey düşünürdü.

Beləcə bir ay ötdü keçdi, Sərdar atasıyla Aylına yaxın yerdə ev a alıb köçmüşdülər öz şəhərlərindən. Ramizdə Aylınla yaşayırdı, Sərdarın bütün qısqanmaları ancaq ürəyində qalmışdı. Aylını Sərdar yeni almış evlərinə gətirmişdi, atası söhbət edirdi olarla. Rəyis – Aylına: qızım sən razısan bizimlə iş qurmağa çox sevindim. Aylın – rəyisə: mən bankda olan pulumu çıxardım bu gün və sizinlə ortaq şirkət açmağa razıyıq. Sərdar şüphəli baxaraq – Aylına: razıyıq deyərkən, anlamadım canım, – Sərdara: Ramizlə ikimiz razıyıq. Sərdarın elə bil başından aşağı qaynar su tökdülər, nəə? Ramizləmi? özünü zor tutdu. Aylın – Sərdara: hə Ramizlə, nə var ki? atası Sərdara işarə etdi ki, sussun səhv danışmasın. Sərdar zorla özünü ələ aldı, bildirməməyə çalışsada Aylın hiss etdi. Aylın – Sərdara: sənin Ramizlə probleminmi var mən bilməyən başqa? rəyis tez söhbəti dəyişdi. Rəyis – Aylına: çox gözəl qızım Ramizdə özümüzküdür yad deyil, elədir demi oğlum? Sərdara baxaraq işarə etdi ki, işə başdan davayla başlamasınlar. Sərdar anladı, çarəsiz – atasına: elədir ata elədir. Aylın – rəyisə: Ramiz məndən gizlin öz evini satıb, Rəyislə Sərdar təcüblə baxdılar.

Sərdar – Aylına: evinimi satıb? o ev ona xatirədir deyirdiniz necə sata bildi? Aylın dərindən nəfəs alaraq – Sərdara: artıq qalmamış xatirə filan. Aylın – olara: sizə demək istədiyim budur, Ramizlə mən bir şirkətə pul qoyacağıq, başqa çürə düşünməyin, Ramiz pulsuz girmir şirkətə. Aylının biraz acığına gəlmişdi Sərdarın Ramizi istəməməsi. Sərdar anladı bunu – Aylına: canım sadəcə olaraq təcübləndim onunda işə qatılmasına, bu qədər. Aylın – Sərdara: şirkətə böyüklüyü atan edəcək və o qərar verəcək hər işin gedişatına. Rəyisin hər zaman Aylının özünə qarşı olan hörmətindən çox xoşu gəlirdi, dərindən nəfəs alıb baxdı oğluna gülümsəyərək, Aylın ayağa qalxdı. Sərdar – Aylına: nə oldu canım? – Sərdara: o qədər görüləcək işlərimiz var ki, əlimizi – qolumuzu sallayıb boş oturmayacağıq hər halda. Sərdar əlini dizinə çırpqaraq öz – özünə: ay daaa işə düşdükdə, desənə günümüz qara olar indən belə. Atası güldü oğlunun mızıldanmağına, Sərdar – Aylına: otursaydın axşam yeməyinə bizimlə. Aylın – Sərdara: başqa vaxta qalsın, mənim çataçaq yerim var, icazənizlə yoldaş rəyis. Rəyis gülümsəyərək, – Aylına: icazə sənindir qızım, Aylın getdi. Sərdarda qalxıb getdi ardınca, atası başını narazılıqla sirkələyərək, güldü oğlunun hərəkətinə.

Sərdar Aylının dalınca yetişib qolundan tutub saxladı, – Aylına: hara belə tələsirsən sən? – Sərdara: dedim axı çataçaq yerim var. Sərdar – Aylına: bilmirəm haradır çatacaq yerin, bunu bil mənimlə gedəcəksən, danışdıqmı? Aylın dayanıb baxdı Sərdara. Sərdar maşınına tərəf gedirdi, Aylının özünə baxdığını görüb dayandı. Sərda – Aylına: nə oldu? Aylın yaxınlaşdı, – Sərdara: bax canım indi gedəcəyim yer sənin xoşuna gəlməyə bilər. Sərdar – Aylına: mən artıq alışdım canım, tufanda islanmışın yağışdan nə qorxusu? bu söz Aylına ayit idi. Gəl gedək mənimlə, məni qırma xayiş edirəm. Aylın razılaşdı, gəlib əyləşdi maşına. Sərdarda keçdi sükan arxasına, maşını işə salıb – Aylına: ünvanı desən doğru istiqamətə gedərdik canım. Aylın – Sərdara: Vəfaya gedirik, Sərdar Vəfa dediyində xoşlamadı, sevmirdi o qadını. Çarəsiz dərindən nəfəs alıb – Aylına: baş üstə canım, ünvanımız Vəfa xanımadır, maşının qazına basdı getdilər.

Gəlib catdılar, Vəfa yaşayan evin qarşısında maşını saxladı. Aylın – Sərdara: mən onunla danışıb gəlirəm, istəsən səndə gəl mənimlə. Sərdar etibar etmirdi Vəfaya, Aylını tək qoymaq istəmədi, gəlirəm canım. Maşından düşdülər, Aylınla gəlib qapının zəngini basıb gözlədilər. Sərdar öz – özünə: Allah bilir hansı küncdədir, Vəfa xanım evdəmi dayanar? Sərdar Vəfanı sonuncu dəfə içəridən çıxanda görmüşdü. Qaqapı açıldı, Sərdar kənara baxırdı, birdən qapıda dayanıb gülümsəyərək, baxan Vəfanı gördükdə gözlərinə inanmadı. Aylına qollarını açıb, canım mənim gəll, Aylınla qucaqlaşıb görüşdülər.

Vəfa – Sərdara: xoş gəldin Sərdar bəy, necəsiz? Sərdar hələdə yerində donub qalmışdı. Sərda – Vəfaya: sağolun Vəfa xanım, yaxşıyam siz necəsiz? Vəfa gülümsəyərək, – Sərdara: Aylının sayəsində gördüyün kimiyəm, buyurun içəri. Sərdar yavaş səslə öz – özünə: heç pis görünmürsünüz. Aylında eşitdi Sərdarın dediyini, gülümsəyərək, geçdilər içəri.

Gəlib əyləşdilər, Sərdar evə nəzər saldı, ev səliqəli idi. Vəfa – Sərdara: mənə təkrar insan olmağa sevgilin öyrətdi. Aylının sayəsində bu evdə yaşayıram, bir illik əvəzimə kirayə haqqımı ödəmiş, Sərdar nə deyəcəyini bilmədi. Vəfanı çirkin geyimdə başqa çürə görmüşdü, Vəfa doğürdanda gözəl qadın idı. Sərdar Aylının əlindən tutub – Aylına: sən möcüzələr edə bilirsən canım, təbrik edirəm bunuda başardın. Vəfanın gözləri yaşardı, – olara: mən sizə qəhvə hazırlayım, mətbəxtdə getdi.

Aylın – Sərdara: canım insanlığı olmasaydı bunu etmək mümkün olmazdı. Vəfa xanımın xarici görkəmi başqa çürə olsada, onun necə gözəl ürəyə sahib olduğunu anlamışdım gördüyümdə. Ona bu şansı verməkdə məni peşman etmədi, sağolsun. Sərdar gülümsəyib, baxdı Aylınla fəxr edirdi.

Vəfa səliqəli balaca sinidə qəhvələr gətirdi, birinci Sərdara verdi qəhvə fincanını, Sərdar götürüb təşəkkür etdi. Aylınında qəhvəsini verib keçib əyləşdi özüdə. Vəfa – Sərdara: Sərdar bəy sizə təşəkkür etməyə imkan tapmadım. Sərdar anlamadı, – Vəfaya: nə təşəkkürü? Vəfa dərindən nəfəs alıb – Sərdara: xatırlamaq istəmirəm, ancaq o günləri xatırladıqca bu günümə dəyər verməyə çalışıram. Siz məni qurtardınız o şərəfsizin şərindən, Sərdar anladı Vəfa özünü içəridən çıxarmağa yardımçı olduğunu deyirdi. Sərda – Vəfaya: maşallah siz güclü qadınsınızmış, nə gözəl sevindim, artıq həyatınıza belə gözəlliklə davam edin, sizə yaraşanıda budur. Vəfa – Sərdara: söz verdim, o günü Aylının mənə deyib getdiyi bir kəlmə sözünü çox düşündüm.

Aylın qəhvəsini içərək – Vəfaya: sən demişdin unversetini bitirə bilməmişdin, imtahandan kəsilmişdin. Vəfa – Aylına: hə imtahandan kəsildim, avara oldum ondan sonra. Aylın – Vəfaya: sabahdan imtahana hazırlaşacaqsan, Vəfa anlamadı Sərdara baxdı, Sərdarda Aylını anlamadı. Aylın qəhvə fincanını masaya qoyub – Vəfaya: Ramiz kömək edəcək sənə hazırlaşmağa. Məndə yardım edəcəm və sən o imtahandan keçib diplomunu alacaqsan, necə demişlər? oxumaq və evlənmək heç vaxtı gec deyil. Vəfa pərt qalmışdı – Aylına: mən bu başla – yaşla necə oxuyaram? indi hər şey kampyuterlə həll olunur, bacarmaram mən buna hə deyə bilmərəm. Aylın – Vəfaya: bacaracaqsan və insanları təcübləndirəçəksən yenidən. Sən gücünlə – məharətinlə inanıram bacaracaqsan və yeni işimdə mənimlə çalışcaqsan. Sərdar anladı, Aylının Vəfanı şirkətə işə götürmək fikrində olduğunu, qəhvəsini içərək baxdı Vəfaya. Vəfa – Aylına: nə işidir? mən sənə hər çürə yardım edərəm bacım, ancaq diplom işi imtahan işi alınmaz. Aylın – Vəfaya: alınacaq, mənə sənin yanımda çalışman lazımdır və sən imtahandan keçərək, diplomunuda alacaqsan mənim xətrimə. Vəfa Sərdara baxdı çarəsiz baxışlarla. Sərdar – Vəfaya: Aylın xanım hər adamla xətir söhbəti etmir, məncədə bütün gücünlə çalışıb alacaqsan diplomunu. Aylın – Vəfaya: biz şirkət açırıq Sərdarla birlikdə, istəyirəm səndə yanıımızda çalışasan və başqa heçnə duymaq istəmirəm.

Aylın ayağa qalxıb – Vəfaya: sabah Ramiz gələcək, burda sənə yardım edəcək. Mənimdə bəzi həll edəcək işlərim var, məndə oları bitirib gələcəm, tamammı? Sərdarda qalxdı ayağa. Vəfa Aylına yox deyə bilməzdi, bunu Aylında bilirdi. Vəfada ayağa qalxıb Aylına yaxınlaşdı, biraz baxıb – Aylına: əlimdən gələni bilirsən əsirgəmərəm bacım, sənin üçün canımdan belə keçərəm bil. Aylını qucaqlayıb öpdü üzündən, -Aylına: sən mənimçün əlindən gələni əsirğəmədinsə, mən necə sənə yox deyə bilərəm ki? sabah gözləyəcəm Ramizi. Aylın gülümsəyib, – Vəfaya: o zaman sabaha qədər Vəfa xanım. Sərdarda sağollaşıb Aylınla getdilər, Vəfa həyəcanlı idi çox.

Sərdarla Aylın gəlib maşına əyləşdilər, – Aylına: hələdə gözlərimə inana bilmirə vallahi, insan necə dəyişərmiş? – Sərdara: deyəsən Vəfaya vuruldun sən. Sərdar maşını işə salaraq – Aylına: canım mənim gözüm səndən başqasını görmür bilirsən. Deyim bil məni qısqanman xoşuma gəldi, gərçəkdən gözəl qadın imiş. Aylın – Sərdara: mən sənimi qısqandım? Sərdar qaza basaraq, maşını idarə edərək – Aylına: qısqandın canım qısqandın, gördüm mən gözlərindən. Aylın boynuna almaq istəmədi, – Sərdara: heçdə yox. Səni nə səbəbdən qısqanacam? Sərdar gülümsədi, – Sərdara: nəyə gülürsən? öpücük göndərdi dodaqları ilə. Sərdar – Aylına: sevgilin olduğumçün qısqanman məni normaldır canım. Aylın üzünü turşudaraq yola baxdı yan aynadan, Sərdarın xoşuna gəlirdi Aylının bu halları.

Sərdar Aylını evə gətirdi, evə tərəf baxdı maşından. Aylın – Sərdara: sən yeni iş yerimizə get bax, nə lazımdır yaz sonra birlikdə həll edərik. Məndə bir neçə işləri həll edəcəm, sabah Vəfaya gedəçəm. Sərdar Aylını Ramizə qısqanırdı, evə tərəf baxıb nə isə fikirləşirdi. Aylının dediyini duymadı, Aylın Sərdarın fikirli olduğunu görüb – Sərdara: Sərdar bəy. Sərdar – Aylına: hay cann canım buyur, – Sərdara: əgər xəyallarından ayıldınsa, deyirəm sabah şirkətə gedib baxarsan eksik bir şey varmı. Sərdar fikrini toplaya bilmirdi – Aylına: nəyə baxacam? Aylın əsəbləşdi – Sərdara: sənə nə olub? – Aylına: heçnə canım səni dinləyirəm. Aylın qapını açıb – Sərdara: sən məni dinləmirsən canım, sonra zəng edib deyərəm sənə lazım olanları,.

Sərdar gördü Dilqəmlə Ramiz gəlirlər. Tez özünə tərəf qolundan çəkib Aylını öpdü dodaqlarından. Dilqəmlə Ramiz gördülər Sərdarın Aylını öpdüyünü. Dilqəm görməməzliyinə vursada, Ramizin olara necə əsəblə baxdığını görürdü. Dilqəm başını qatmaqçün – Ramizə: qardaşım mən zəng edib həll etdim o işi, Ramizin gözü olarda idi. Aylın Sərdarı özündən qırağa çəkib dodaqlarını sildi qoluyla, – Sərdara: nə edirsən sən? Sərdar özünü elə apardı ki, güya Ramizi görməyib. Sərdar – Aylına: canım öpməyə olmazmı sevgililmi? Aylın əsəbləşdi – Sərdara: olmaz, səninlə heç nişanlıda deyilik. Burda məni tanıyan bilən var, görən olsa nəfikirləşərlər. Sərdar – Aylına: yaxında nişanda olacaq canım, kimə nə? biz sevgili deyilikmi? Aylın maşından düşərkən özünə baxan Ramizlə, Dilqəmi gördü.

Бесплатно
488 ₽
Возрастное ограничение:
18+
Дата выхода на Литрес:
16 августа 2021
Объем:
451 стр. 2 иллюстрации
ISBN:
9785005517340
Правообладатель:
Издательские решения
Формат скачивания:
Текст, доступен аудиоформат
Средний рейтинг 5 на основе 5 оценок
По подписке
Текст, доступен аудиоформат
Средний рейтинг 4 на основе 5 оценок
По подписке
Текст, доступен аудиоформат
Средний рейтинг 4,4 на основе 13 оценок
По подписке
Текст, доступен аудиоформат
Средний рейтинг 4,6 на основе 13 оценок
По подписке
Аудио
Средний рейтинг 4,8 на основе 55 оценок
По подписке
Текст
Средний рейтинг 5 на основе 1 оценок
По подписке
Аудио
Средний рейтинг 4,9 на основе 7 оценок
По подписке
Текст, доступен аудиоформат
Средний рейтинг 4,4 на основе 5 оценок
По подписке
Текст, доступен аудиоформат
Средний рейтинг 4,3 на основе 77 оценок
По подписке
Текст
Средний рейтинг 5 на основе 1 оценок
По подписке
Текст
Средний рейтинг 0 на основе 0 оценок
По подписке
Текст
Средний рейтинг 0 на основе 0 оценок
По подписке
Текст
Средний рейтинг 0 на основе 0 оценок
По подписке
Текст
Средний рейтинг 4 на основе 1 оценок
По подписке